Kitabxananın direktoru Oğuzhan Ceylan yeni yaradılan Azərbaycan bölməsi haqqında məlumat verib. Deyib ki, Azərbaycan bölməsində ölkəmizlə bağlı 700 nüsxə müxtəlif nəşr nümunəsi var.
Digər çıxış edənlər kitabxanada Azərbaycan bölməsinin yaradılmasını yüksək qiymətləndirib, iki ölkənin mədəni əlaqələrinin inkişafına töhfə olduğunu bildiriblər.
Sonra bölmənin rəmzi açılışını bildirən lent kəsilib. Daha sonra kitabxana ilə ümumi tanışlıq olub. Məlumat verilib ki, 24 saat fəaliyyət göstərən kitabxananın qeydiyyatlı 100 min oxucusu var və onlardan min nəfəri Azərbaycan vətəndaşlarıdır.
Qeyd edək ki, kitabxananın Azərbaycan bölməsində klassik və müasir ədəbiyyatımız, ölkəmizin tarixi, incəsənəti və folkloru, eləcə də şanlı Zəfərimizlə bağlı nəşrlər mövcuddur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


